“Zirə”dən yeni transfer – Rəsmi
01.07.2024 , 19:00

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edilib. Ruandalı müdafiəçiylə 3 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.
