“Zirə”dən yeni transfer – Rəsmi
01.09.2020 , 20:39

“Zirə” növbəti transferini həyata keçirib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Mateus Albinonu heyətinə qatıb. 25 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı qolkiper daha əvvəl ölkəsinin “Joinvil” və “Londrina” klublarının da şərəfini qoruyub.
