“Zirə”dən yeni transfer – Rəsmi
10.09.2024 , 15:20

“Zirə” “Neftçi”nin sabiq futbolçusu Yusuf Lavalı transfer edib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı vingerlə 2+1 illik müqavilə bağlanıb.
2020-2022-ci illərdə “Neftçi”nin formasını geyinmiş 26 yaşlı futbolçu Belçikanın “Lokeren”, Portuqaliyanın “Aroka” klublarında da çıxış edib.
