“Zirə”dən yeni transfer
05.02.2023 , 12:09

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “qartallar” Abbas İbrahimlə anlaşıb. Nigeriyalı yarımmüdafiəçi ilə 2 il yarım + 1 illik müqavilə imzalanılıb.
25 yaşlı futbolçu daha əvvəl Portuqaliyanın “Pakuş Ferreyra”, “Paredes” və “Arouka”nın formasını geyinib.
