“Zirə”dən yeni transfer
02.07.2021 , 16:09

“Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Anar Nəzirovla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, son olaraq “Qəbələ”də çıxış edən 35 yaşlı qapıçı daha əvvəl 2015-18-ci illər aralığında da “Zirə”nin şərəfini qoruyub. O, həmçinin “Kəpəz”, “Neftçi”, “Turan”, “Standart” və “Sumqayıt”da oynayıb.
