“Zirə”dən yeni transfer
02.07.2025 , 20:59

“Zirə” yeni futbolçuyla anlaşıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Abdul Aziz Batibieni heyətinə qatıb. Toqolu futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.
