“Zirə”dən yeni transfer
12.06.2025 , 12:57

“Zirə” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb.
Həmçinin İsmayıl İbrahimli də transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən “Qarabağ”ın sabiq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” bu yay Brahim Konatevə Yeqor Boqomolskini də transfer edib.
