“Zirə”dən yeni transfer
02.08.2023 , 17:44

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Salifu Sumanı Fransanın “Havr” klubundan transfer edib. 19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum” Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.
