“Zirə”dən “Sabah”a – Rəsmi
27.05.2021 , 14:56

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Elvin Camalov bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Milli komandamızın da üzvü olan Camalov, karyerası ərzində “Qəbələ” (2013-2019) və “Zirə”də (2019-2021) çıxış edib.
