“Zirə”dən rekord məhsuldarlıq
12.06.2020 , 16:06

“Zirə” 2019/20 mövsümünün ikinci yarısının baş tutan 6 oyununda 7 qol vurub.
Korner.az xəbər verir ki, “qartallar” “Səbail”lə görüşdə üç, “Sabah”la matçda iki dəfə fərqlənibsə, “Sumqayıt”la “Qəbələ”ni bir dəfə məyus edib.
2016/17 mövsümündən indiki formatda (8 klub, 4 dövrə) keçirilən Premyer Liqada III dövrənin ilk 6 oyunu üçün komandanın rekordudu.
“Qartallar” üç il əvvəlki göstəricini təkrarlayıb. “Zirə” yalnız 2016/17 mövsümündə III dövrənin 6 matçında 7 qol vurub. Digər iki mövsümün bu bölümündə isə daha az qol qeydə alınıb.
III dövrənin 6 turundan sonra koronavirus pandemiyası üzündən dayandırılan Premyer Liqa iyunun 21-də davam etdiroləcək.
