“Zirə”dən getdiyini açıqladı
12.06.2023 , 13:38

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov “Zirə”dən ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu sosial şəbəkə hesabından məlumat yayıb.
Müqaviləsinin müddəti başa çatan Abışov, fotosunu paylaşaraq komandasına təşəkkür edib.
