“Zirə”dən darmadağın
26.01.2020 , 16:08

Azərbaycan Premyer Liqasında 15-ci turun “Sabah”la oyuna hazırlaşan “Zirə” bu gün yoxlama matçı keçirib.
Korner.az xəbər verir ki, Zaur Həşimovun komandası “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb. Zirə İdman Kompleksində baş tutan görüşdə Elita təmsilçisi 6:1 hesabıyla qalib gəlib.
Qəsəbə təmsilçisinin heyətində qolları Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və Xulio Sezar Rodriges (2) vurublar.
Xatırladaq ki, “Zirə” – “Sabah” matçı fevralın 1-i saat 15:00-da baş tutacaq.
