“Zirə”dən ayrılan futbolçunun yeni klubu məlum oldu
02.10.2020 , 14:54

“Zirə” ilə yollarını ayıran Anastasios Papazoqlu karyerasını ölkəsi Yunanıstanda davam etdirəcək.
Korner.az xəbər verir ki, 31 yaşlı müdafiəçi 2-ci liqa təmsilçisi “Ksanti”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, yunanıstanlı müdafiəçi 2019/20 mövsümündə “Zirə”də çıxış edib.
