“Zirə”dən ayrılan futbolçunun yeni klubu
09.01.2025 , 19:45
“Zirə”dən ayrılan Abbas İbrahimin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi karyerasını Albaniyada davam etdirəcək.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu “Elbasani” klubunda çıxış edəcək.
Onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.