“Zirə”dən ayrılan futbolçu Yunanıstan klubunda
12.02.2025 , 13:30

“Zirə”dən ayrılan Dimitrios Çantakiasın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, o, Yunanıstanda dacam etdirəcək.
30 yaşlı müdafiəçi sözügedən ölkənin “Panserraikos” klubuna keçib.
O, Super Liqa təmsilçisi ilə bu ilin iyununa qədər müqavilə bağlayıb.
