“Zirə”dən ayrılan futbolçu “Səbail”də – Rəsmi
31.01.2021 , 21:56

“Səbail” heyətinə yeni oyunçu cəlb edib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi sierra-lioneli müdafiəçi Ali Sesayla mövsümün sonuna qədər müqavilə imzalayıb. Sesay yeni komandasında 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu buna qədər “Zirə”də çıxış edirdi. İki gün əvvəl paytaxt klubu onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etdiyini açıqlayıb.
