“Zirə”dən ayrılan futbolçu rəsmən “Sabah”da!
29.01.2020 , 20:28

“Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Xulio Rodriqesi heyətinə qatıb.
29 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun son komandası “Zirə” olub.
