“Zirə”dən Argentina klubuna
10.01.2022 , 16:15

“Zirə”nin sabiq futbolçusu Fakundo Melivilonun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 30 yaşlı hücumçu Argentinanın “Atletiko Qemes” klubuna keçib.
Futbolçu ilə müqavilə 2022-ci ilin dekabrına qədər nəzərdə tutulub.
Fakundo 2021-ci ilin yayına qədər “Zirə”də çıxış edib.
