“Zirə”dən 3 yeni transfer
14.08.2021 , 11:03

“Zirə” 3 gənc futbolçunu heyətinə qatıb.
Korner.az xəbər verir ki, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla 4, 21 yaşlı Rüstəm Nuriyevlə isə 3 illik müqavilə imzalanıb.
Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edib. Ramin Əhmədov və Rüstəm Nuriyev “Zaqatala”, Samir Qurbanov isə “Kəpəz”in formasını geyinib.
