“Zirə” klubunda yeni icraçı direktor təyin olunub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Natiq İsmayılov bundan sonra klubun icraçı direktoru vəzifəsində çalışacaq.
Qeyd edək ki, Natiq İsmayılov zədə üzündən futbolçu karyerasını erkən bitirib və bundan sonra məşqçilik kurslarına qatılaraq C kateqosiyasını alıb.
