“Zirə” klubunun yeni prezidentinin adı açıqlanıb.
Rəsmi saytına istinadən yaydığı xəbərə görə, klubdaxili iclasdan sonra “Zirə”nin yaradılmasının əsas təşəbbüskarı olan son prezident Orxan Məmmədov fəxri-prezident seçilib.
Klub prezidenti isə buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov olub.
“Zirə”də icraçı direktor vəzifəsini bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.
