“Zirə”də yeni müdafiəçi
14.08.2019 , 20:33

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bakı təmsilçisi “Universidad San Martin”in müdafiəçisi Alvaro Ampueronu 1 illik icarəyə götürüb.
Perulu futbolçu bundan öncə “Universitario de Deportes” (Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya), və “Universidad San Martin” (Peru) klublarında çıxış edib.
