“Zirə”də yeni məşqçi
23.06.2021 , 17:34

Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edəcək “Zirə-2” komandasının baş məşqçisi açıqlanıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azər Məmmədova tapşırılıb.
Köməkçi məşqçi funksiyasını isə Hacı Əhmədov yerinə yetirəcək.
