“Zirə”də yeni hücumçu
06.03.2021 , 21:07

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, qəsəbə təmsilçisi Rodriqo Bonqonquini transfer edib.
Bu barədə klubun saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə mövsümün sonuna kimi anlaşılıb.
Fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.
