“Zirə”də yeni futbolçu
04.08.2021 , 16:55

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Korner.az xəbər verir ki, qəsəbə təmsilçisi Georgi Stoilovla müqavilə bağlayıb. Şimali makedoniyalı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb. Məlumatı klubun mətbuat xidməti yayıb.
25 yaşlı futbolçunun son klubu “Akademiya Pandev” olub. O, daha əvvəl ölkəsində “Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında da 2 oyun keçirib.
