“Zirə”də yeni futbolçu – Rəsmi
10.02.2022 , 21:21

“Zirə” heyətinə yeni oyunçu cəlb edib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ahmed Ayzaya ilə 1,5+1 illik müqavilə bağlayıb.
26 yaşlı nigeriyalı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Kovilya” klublarında çıxış edib.
“Zirə” buna qədər Hamidu Keyta (“Santa Klara”, Portuqaliya), Brayan Alseus (“Qaz Metan”, Rumıniya), Rahil Məmmədov (“Qarabağ” – icarə) və Nail Alışovu (“Səbail”) heyətinə cəlb edib.
