“Zirə”də yeni futbolçu
01.08.2023 , 12:33

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Korner.az xəbər verir ki, Bakı təmsilçisi Kot-d-İvuardan olan yarımmüdafiəçi Pyer Zeblini heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Pyer Zebli karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.
