“Zirə”də yeni futbolçu
24.06.2023 , 15:24

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Ruan Renatonu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.
