Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Cari Mövsümdə bir xal belə qazana bilməyən AZAL öz meydanında "İnter"lə qarşılaşacaq. Günün digər matçında "Zirə" "Rəvan"ı qonaq edəcək.
Turun digər oyunları sentyabrın 20-21-də keçiriləcək.
19 sentyabr
21:00.AZAL – “İnter” – 0:1
Qol: Nurlan Hacıyev 16.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
“Dalğa Arena”
21:00.“Zirə” – “Rəvan” – 2:1
Qol: Abdullayev R 13, Kneta Y 24, Qürbətov T 63.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu
