“Zirə”də növbəti ayrılıq
24.12.2018 , 14:37

“Zirə”də ayrılıq reallaşıb. “Qartallar” müdafiəçisi Sadiq Quliyevlə yolları ayırıb. 23 yaşlı futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Quliyev “Qəbələ”nin yetirməsidir. O daha öncə “Zirə”də icarə əsasında çıxış etmişdi. Ötən ilin yayında isə Quliyev “Zirə”yə birdəfəlik keçmişdi.
Qeyd edək ki, Adil Nağıyev də paytaxt klubundan ayrılıb.
