“Zirə”də koronavirus testi
16.05.2020 , 11:06

Daha bir Premyer Liqa təmsilçimiz koronavirus testindən keçib.
Korner.az xəbər verir ki, bu gün “Zirə” PFK-nın kollektivi, texniki və futbolçu heyətindən COVİD-19 (koronavirus) testi götürülüb.
Bu barədə Bakı təmsilçisinin “Feysbuk” səhifəsi məlumat yayıb.
