“Qarabağ”dan darmadağın, “Sabah”dan qələbə
15.02.2020 , 19:07

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Zirə” lider “Qarabağ”la qarşılaşıb. Ağdam təmsilçisi bu görüşdə 6 cavabsız qolla qalib gəlib.
Günün digər oyunu isə “Sumqayıt”la “Sabah” arasında baş tutub. Oyun qonaq komandanın qələbəsi ilə bitib – 2:1
Tura sabah keçiriləcək “Neftçi” – “Keşlə” və “Səbail” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
17-ci tur
15 fevral
“Zirə” – “Qarabağ” – 0:6
Qol: B.Hüseynov, 4. X.Romero, 11. M.Emreli, 14. A.Silva, 28, Abdullah Zubir, 60, Maqaye Qeye
Qırmızı vərəqə: Cavid Hüseynov, 68 (“Zirə”)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
“Sumqayıt” – “Sabah” – 1:2
Qol: Şakir Seyidov, Ozan Can Kökcü, Əmir Ağayev
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev.
“Sumqayıt Arena”, 17:00.
