Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” daha iki futbolçusunu komandada saxlayıb.
Korner.az-ın məlumatına görə, bunu qol.az-a açıqlamasında komandanın baş məşqçisi Ayxan Abbasov deyib.
O, müdafiəçi Aleksandr Şemonayev və yarımmüdafiəçi Vüqar Mustafayevin daha bir il “Zirə”də çıxış edəcəyini bildirib.
Qeyd edək ki, “Zirə” Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi və Yovan Krneta ilə də müqaviləni artırıb.
