“Zirə”də ciddi itki: oyundan bir neçə saat öncə zədələndi!
25.08.2018 , 20:21

Topaz Premyer Liqasının III turunda öz meydanında “Sabah”ı qəbul edəcək “Zirə” ciddi itki ilə üzləşib. Baş məşqçi Ayxan Abbasov komandanın aparıcı üzvü Pərdis Fərcad-Azadın xidmətindən məhrum olub.
Millimizin sabiq hücumçusu oyuna saatlar qalmış zədələnib. Onu bugünkü oyunda Mirsahib Abbasov əvəz edəcək. Lakin futbolçunun adı oyunun “23-lük”nə əlavə edilib.
O, qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyəcək . Qeyd edək ki, Pərdis Fərcad-Azad ötən tur “Keşlə”ilə qarşılaşmada “Zirə”nin qollarından birinin müəllifi olub.
