“Zirə”də braziliyalı hücumçu – Rəsmi
02.07.2021 , 17:14

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Korner.az xəbər verir ki, paytaxt klubu Velvis Damakena ilə 1 + 3 illik müqavilə imzalayıb. Ukraynanın “Lvov” klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. 20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Braziliyalı futbolçu “Lvov”dan başqa Slovakiyanın “Lokomotiva” klubunda da çıxış edib.
