“Zirə”də ayrılıq
19.02.2025 , 12:09

“Zirə” futbolçusu Filip Pahtmannla yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçuyla klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Zirə” PFK futbolçuya klubumuz üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Braziliyalı futbolçu 2021-ci ilin yayında “Zirə”yə keçib. Amma onun Azərbaycan klubundakı karyerası tez-tez aldığı zədəyə görə uğurlu olmayıb.
