“Zirə”də ayrılıq
04.01.2025 , 12:30
“Zirə” yarımmüdafiəçi Abbas İbrahimlə müqaviləni ləğv edib.
Korner.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçinin müqaviləsinin bitməsinə 6 ay qalmış qəsəbə təmsilçisi onunla yollarını ayırıb.
Abbas 2023-cü ilin fevralından paytaxt komandasında çıxış edirdi.
O, “Pakoş de Ferreyra”, “Paredese” və “Aruka” klublarında oynamışdı.