“Zirə” daha bir futbolçu ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Müqaviləsi başa çatan Nurlan Novruzov karyerasını başqa klubda davam etdirəcək. Hücumçu ilə baş məşqçi Ayxan Abbasov arasında baş tutan görüşdən sonra bu haqda qərar verilib.
