“Zirə”də 2 yeni nəfəs
12.07.2018 , 21:30

“Zirə” yay fasiləsində ilk əcnəbi transferlərini həyata keçirib
Paytaxt təmsilçisi 2 oyunçu ilə anlaşıb.
Bunlar yarımmüdafiəçilər Bilal Hamdi və Dilan Duventrudu. Hər iki fransalı futbolçu yeni komandası ilə 1+1 illik müqavilə imzalayıb. Hamdinin 27 yaşlı, Duventrunun isə 29 yaşı var.
Qeyd edək ki, adıçəkilən oyunçuların sonuncu klubu Kipr təmsilçisi “Alki” olub.
