“Zirə”də 100 oyun keçirən ilk futbolçu
11.11.2018 , 17:37

Topaz Premyer Liqasının 11-ci turu “Zirə”nin futbolçusu Adil Nağıyev üçün ikiqat əlamətdar olub.
“Neftçi” ilə səfər oyunu müdafiəçinin komandada yubiley – 100-cü matçı kimi tarixə düşüb.
O, klub tarixində “100”ə çatan ilk futbolçu olub. Bu müddətdə müdafiəçi 6 dəfə qol sevinci yaşayıb.
Qeyd edək ki, A.Nağıyev 2015-ci ildən “Zirə”də çıxış edir.
