“Zirə” Zaur Həşimovu istefaya göndərdi
30.06.2020 , 16:52

“Zirə” baş məşqçisi Zaur Həmişovla yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.
“Zirə” PFK Zaur Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
