“Zirə” yoxlama oyunu keçirəcək
20.07.2023 , 14:20

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” sabah ilk yoxlama oyununa çıxacaq.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Fatih Karagümrük”lə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da (Türkiyə saatı ilə 17:00) “Fenerbahçe Topuk Yaylası”nın meydançasında start götürəcək.
