“Zirə” yoxlama oyunu keçirəcək
19.03.2023 , 21:05

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Zirə” yoxlama oyunu çərçivəsində “Şamaxı” ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb.
Matç martın 25-də saat 16:00-da Zirə İdman Kompleksində start götürəcək.
