“Zirə” yoxlama matçında qalib gəldi
08.07.2018 , 14:08

Növbəti mövsümün hazırlığını davam etdirən “Zirə” ilk yoxlama oyununu keçirib.
“Qartallar” əvəzediciləri ilə qarşılaşıb. Oyun əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Aleksandr Dedov və Kamal Mirzəyev vurublar.
