“Zirə” yoxlama görüşündə qalib gəldi
25.06.2024 , 20:50

“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun komandası “Hermanştadt” (Rumıniya) ilə üz-üzə gəlib. “Zirə” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Zirə” Türkiyədəki ilk yoxlama oyununda Rusiya “Orenburq”una 1:2 hesabı ilə uduzub.
