Ölkə futbolu

“Zirə” yeni transferini rəsmən açıqladı

03.06.2019 , 14:20

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Korner.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Elvin Camalovla anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanılıb.

Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Elvin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.

“Zirə” daha öncə “Qəbələ”dən Cavid Hüseynovla iki illik müqavilə imzalamışdı.

Son yazılar

Yuxarı