“Zirə” yeni transferini rəsmən açıqladı
21.12.2019 , 16:23

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Korner.az xəbər verir ki, “qartallar” Ağabala Ramazanovla müqavilə bağlayıb. Məlumatı qəsəbə təmsilçisinin mətbuat xidməti yayıb. 26 yaşlı hücumçu ilə müqavilənin müddəti 1 il yarımdı.
Ramazanov daha əvvəl “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Keşlə”, “Qarabağ” və son olaraq “Səbail”də çıxış edib. O, həmçinin, milli komandamızın üzvüdü.
