“Zirə” yeni futbolçu sınaqdan keçirir
29.01.2019 , 20:38

Türkiyə toplanışını başa vuran “Zirə” bu gündən etibarən “Sabah”la oyunun hazırlığına start verib.
“Qartallar” Biləcəri Futbol Mərkəzində bir araya gəlib.
Məşqdə komandanın yeni transferləri Mfo Kqasvane, Xulio Sezar Rodriqes və İsmail Fofana ilə yanaşı baxışda olan malavili futbolçu Robin Nqalande də iştirak edib.
