Ölkə futbolu

“Zirə” yeni baş məşqçisini təqdim etdi

10.10.2019 , 16:39

Orxan Məmmədov bu gün komanda ilə görüşərək yeni baş məşqçi Zaur Həşimovu onlara təqdim edib.

Korner.az xəbər verir ki, fəxri prezident Zaur Həşimovun daha əvvəl də “Zirə”də çalışdığını və onun məşqçilik bacarığına bələd olduğunu deyərək mütəxəssisə inamını ifadə edib. O, həmçinin, komandanın futbolçu heyətinin də yüksək nəticələr qazanmaq üçün yetərli imkanlarının olduğunu deyib. Orxan Məmmədov həm yeni baş məşqçiyə, həm də ümumilikdə komandaya uğurlar arzulayaraq həmişə olduğu kimi onlara dəstəyini əsirgəməyəcəyini də əlavə edib.

Daha sonra çıxış edən Zaur Həşimov ona etimad göstərdiyinə görə fəxri prezidentə təşəkkür edib və bu etimadı doğrultmağa çalışacağını deyib.

Son yazılar

Yuxarı