“Zirə” və “Sumqayıt” da Antalyaya getdi
Bu gün daha 2 komanda paytaxtı tərk edib.
“Zirə” və “Sumqayıt” saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb. Hər iki komanda hazırlığın ikinci mərhələsini qardaş ölkədə keçəcək.
Qeyd edək ki, komandalar fevralın 4-də ölkəyə qayıdacaqlar.
